Biz kimik?

Vumart Gross – Vumеs MMC-nin bir layihəsi olaraq fəaliyyət göstərən topdan satış marketidir(Cash&Carry).

Məqsədimiz, HoReCa sektoru (otel, restoran, kafe) və kiçik-orta marketləri keyfiyyətli və sərfəli məhsullarla təchiz etməkdir. Bazarın real ehtiyaclarına uyğun olaraq qurduğumuz sistemlə, geniş məhsul çeşidi, rəqabətli qiymətlər və etibarlı logistika imkanlarımızla müştərilərimizin yanında oluruq.

Biz, sadəcə məhsul satan deyil, tərəfdaşlıq təklif edən bir markayıq.

Vumart Gross olaraq, dəyişən bazar şərtlərinə çevik uyğunlaşan, yerli bazarı dərindən tanıyan və uzunmüddətli əməkdaşlığa dəyər verən bir yanaşma ilə çalışırıq.

Vizyonumuz
01.

Azərbaycanın topdan satış sahəsində ən etibarlı və seçilən təchizatçısı olmaq.

Məqsədimiz, HoReCa və pərakəndə satış sektoruna yüksək keyfiyyətli məhsulları daha sürətli, daha sərfəli və daha sistemli şəkildə təqdim edərək, bazarın inkişafında öncül rol oynamaqdır.

Biz inanırıq ki, güclü təchizat zənciri – güclü biznes deməkdir. Bu baxışla müştərilərimizə yalnız məhsul deyil, dayanıqlı əməkdaşlıq və güvən təqdim edirik.

Missiyamız
02.

Müştərilərimizin ehtiyaclarını düzgün analiz edən, keyfiyyətli məhsulları sərfəli qiymətlərlə təqdim edən və etibarlı xidmət modeli ilə fərqlənən bir topdan satış platforması yaratmaq.

Bizim missiyamız:

  • HoReCa və pərakəndə satış müəssisələrinin işini asanlaşdırmaq,
  • Onlara sürətli, stabil və şəffaf techizat xidməti təqdim etmək,
  • Yerli bazarda etibar və keyfiyyətlə seçilən bir marka olaraq davam etməkdir.
Dəyərlərimiz

Çeviklik və yenilik

Bazarın dəyişən tələblərinə çevik reaksiya verir, daim yenilənən məhsul çeşidimiz və xidmət modelimizlə fərqlənirik.

Etibarlılıq

Biz verdiyimiz hər sözün arxasında dayanırıq. Müştərilərimizə vaxtında, düzgün və dürüst xidmət göstərmək bizim əsas prioritetimizdir.

Şəffaflıq

İş modelimizdə və qiymət siyasətimizdə tam şəffaflıq prinsipini qoruyuruq. Müştərilərimiz nə aldıqlarını və nə üçün ödədiklərini dəqiq bilirlər.

Keyfiyyət

Satdığımız hər bir məhsulun keyfiyyətinə tam nəzarət edirik. Yalnız etibarlı istehsalçılardan və tanınmış brendlərdən məhsul tədarük edirik.

Əlçatan qiymət

Topdan satış modelimizlə müştərilərimizə daima sərfəli qiymətlər təklif edirik. Bizimləә əməkdaşlıq edənlər həm keyfiyyət, həm də qiymət baxımından qazanır.

📄 Tam Təqdimət

Vumart Gross haqqında ətraflı məlumat, məhsul kateqoriyalarımız, xidmətlərimiz və üstünlüklərimiz barədə tam təqdimətimizi yükləyin.

📥 PDF Təqdiməti Yüklə
PDF • 2.3 MB • Azərbaycan dili